Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin pilotsuz qırıcı təyyarə yaratdı - ABŞ ÜÇÜN KABUS -

İnternetdə Çinin yeni istehsal etdiyi pilotsuz qırıcı təyyarənin fotoları yayımlayıb.

 

İKT.lent.az-ın Rambler.ru-ya istinadən məlumatına görə, "Dark Sword" (“Tünd qılınc”) adlanan təyyarəni dünyada analoqu yoxdur.

 

Çinin "Shenyang Aircraft" şirkəti layihə üzərində 10 ildən çox işləyib. “Business İnsider” bu təyyarəni "ABŞ üçün kabus", "The War Zone" isə "Pentaqonu pis vəziyyətə salan mütərəqqi aparat" adlandırıb.

 

Fotoları analiz edən ekspertlərin sözlərinə görə, “Tünd qılınc” səsdən sürətli uçuş üçün optimallaşdırılıb və uçuş zamanı maksimal şəkildə gizliliyini qoruyur. Bu isə Çinə ABŞ-la qarşıdurmada böyük üstünlük verə bilər.

 

Qeyd edək ki, Çin hazırda onlarla pilotsuz uçan aparat növü istehsal edir.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018