Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“AppStore”da pullu tətbiqlər pulsuz olacaq

Tezliklə “Apple” öz istifadəçilərinə “AppStore”un ödənişli tətbiqlərini pulsuz yükləmək imkanı verəcək.

İKT.lent.az-ın Astera.ru saytına istinadən məlumatına görə, onlar ancaq tanışlıq üçün təqdim ediləcək. 

Belə ki, “AppStore” mağazasının istifadə qaydalarında yeni düzəlişlər edilib. Bu düzəlişlərdə deyilir ki, ödənişli tətbiqlər üçün sınaq müddəti qeyd etmək mümkündür. Bu müddət ərzində istifadəçilər proqramla tanış ola biləcək və bu proqramın onlara lazım olub-olmadığına qərar verə biləcəklər. 

Qeyd etmək lazımdır ki, proqramlar üçün trial versiyanı tərtibatçılar özləri xahiş ediblər. Həmçinin istifadəçilərin şikayətləri də nəzərə alınıb. Onlar bildiriblər ki, “Mac AppStore”da qiymətlər olduqca bahadır və pul ödəməmişdən öncə ilk olaraq bu proqramlarla tam tanış olmaq heç nəyə mane olmazdı.

Artıq istifadəçilər rəqəmsal mağazadan ödənişli tətbiqi yüklədiyi zamanı dərhal onun pulsuz istifadə müddəti barədə məlumat əldə edəcəklər.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018