Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Merkel və Trampın tarixi fotosu interneti "partlatdı" -

Kanadada keçirilən G7 zirvəsi zamanı Almaniya federal kansleri Angela Merkel ilə ABŞ prezidenti Donald Trampın ön planda olduğu foto dünya miqyasında böyük əks-səda doğurub.

 

İKT.lent.az-ın xəbərinə görə, foto dünya mediasında, siyasi və ekspert dairələrində müzakirə mövzusuna çevrilib. Bu fotonun Tramp dövründə ABŞ-Avropa münasibətlərinin durumunu əks etdirən rəmzi təsvir kimi gələcəkdə tarix kitablarına düşəcəyi bildirilir.

 

Foto internetdə də qızğın diskussiyalara və reaksiyalara səbəb olub. İstifadəçilər Merkel və Trampı “Taxt oyunları”nın qəhrəmanları ilə, məşhur “Zaporojyelilər sultana məktub yazır” rəsm əsəri ilə, Xristosun apostollarla gizli görüşü ilə müqayisə ediblər. Dəniz quldurları, dünyanın ələ keçirilməsi, dəbdəbəli qonaqlıq, eşq elanı və s. mövzularda zarafatlar da edilib. Bəzi istifadəçilər Trampı dəcəl uşağa, Merkeli isə onu danlayan müəlliməyə bənzədiblər.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018