Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tokio aeroportunda avtomatik pasport nəzarət sistemi işə salındı

Tokionun “Narita” Beynəlxalq Aeroportunda avtomatik pasport nəzarət sistemi istifadəyə verilib.


İKT.lent.az-ın "TASS"a istinadən xəbərinə görə, hələlik yalnız xaricdən qayıdan Yaponiya vətəndaşlarına xidmət göstərən sistemin məqsədi immiqrasiya xidməti müfəttişlərinin işini azaldaraq, onları bütövlükdə əcnəbilərin yoxlanışına yönəltməkdir.


Avtomatik yoxlanışdan keçmək üçün pasportun aparat üzərinə qoyulması tələb olunur. Bundan sonra sənəddəki məlumatlar oxunur, kamera isə pasport sahibinin sifətini onun fotoşəkili ilə tutuşdurur. Prosedur ümumilikdə 10 saniyə ərzində başa çatır. Pasporta sərhədin keçilməsi barədə möhür vurulmur. Arzu edən şəxs möhürü immiqrasiya xidmətində vurdura bilər.


Payızdan etibarən yeni sistem xaricə gedən Yaponiya vətəndaşlarına da xidmət edəcək. 2019-cu ilin martınadək isə Yaponiyanın bütün iri beynəlxalq aeroportlarının belə qurğularla təchiz edilməsi planlaşdırılır.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018