Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Məhkəmə Trampın qarşı çıxdığı 85 milyardlıq anlaşmanı təsdiqlədi

ABŞ-da məhkəmə AT&T telekommunikasiya şirkəti tərəfindən “Time Warner” media-əyləncə qrupunun satın alınması barədə sövdələşməni qanunauyğun sayıb.

 

İKT.lent.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, Kolumbiya federal dairəsinin hakimi 85 milyard dollarlıq müqavilənin antiinhisar qanunvericiliyinə zidd olmadığını bildirib.

 

Ötən ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi məhkəməyə müraciət edərək AT&T – “Time Warner” anlaşmasının ləğvini istəyib. Hökumət hesab edir ki, bu anlaşma auditoriyanın seçim imkanlarını azaltmaqla və aylıq TV ödənişlərinin həcmini artırmaqla istehlakçılara zərər vuracaq. Nazirlik məhkəmənin qərarından məyus olduğunu açıqlayaraq sonrakı addımlar barədə düşünəcəyini açıqlayıb.

 

Xatırladaq ki, prezident Donald Tramp da AT&T – “Time Warner” birləşməsinin əleyhinə idi.

 

Qeyd edək ki, baş ofisi Nyu Yorkda yerləşən “Time Warner” dünyanın ən böyük xəbər-əyləncə konqlomeratlarından biridir. Qurum 1990-cı ildə  “Warner Communications” şirkəti ilə “Time Inc.” nəşr məhsulları şirkətinin birləşməsi nəticəsində yaranıb. Məşhur CNN teleşirkəti də “Time Warner”ə daxildir.

 

1983-cü ildə qurulan AT&T isə ABŞ-ın ən iri mobil operatorlarından və internet-provayderlərindən biridir. Baş ofisi Dallas şəhərində yerləşən şirkətin müştərilərinin sayı 150 milyondan çoxdur.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018