Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən güclü smartfonu - “ASUS ROG Phone”

Mütəxəssislər etiraf ediblər ki, dünyada ən güclü smartfon “ASUS ROG Phone” smartfonudur.


İKT.lent.az-ın oane.ws saytına istinadən məlumatına görə, belə bir qərarı onlar tanınmış “Geekbench” bençmarkının cihazların sınaqlarının nəticələrini təhlil etdikdən sonra veriblər.


“ASUS ROG Phone” tam olaraq oyunlar üçün adaptasiya edilmiş cihazdır. Onun əsas rəqibləri isə “Xiaomi Black Shark” və “Nubia Red Magic” smartfonlarıdır. 
Smartfon gücünə görə sınaqlardan 9500 xal toplayıb. Bu, “Xiaomi Mi MIX 2S”-in nəticəsindən çoxdur - 9100 xal. 


Cihaz hələlik rəsmi olaraq satışa çıxarılmayıb. Məlumdur ki, onun “ürəyi” güclü “Snapdragon 845” prosessoru olacaq ki, onun da tezliyi 2,96 GHs təşkil edəcək. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018