Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Telefonu hava ilə dolduran qolbaq yaradıla bilər -

Şəbəkədə telefonu hava ilə doldurmaq funksiyasına malik yeni “BandCharge” qolbağı haqqında məlumatlar dərc edilib.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, yeniliyin unikallığı ondadır ki, smartfonu enerji ilə doldurmaq üçün onunla birbaşa təmas yaratmağa ehtiyac yaranmır. 

Tərtibatçıların sözlərinə görə, yeni “”BandCharge” qolbağında telefonun hava ilə doldurulmasında xüsusi daxili ötürücüdən istifadə edilir. Bu, qidalandırma cihazının smartfondan 15-20 santimetr məsafə aralıda yerləşməsinə imkan verir. Həmçinin cihazdan smartfonun yaddaşında olan faylların oxunmasında da istifadə edilə bilər.

Şəbəkədə təqdim edilən yeniliyi qiymətləndirən mütəxəssislər qeyd ediblər ki, bu cihazın hətta yüksək qiyməti olsa belə, olduqca tələbatlı ola bilər. Tərtibatçılar özləri isə etiraf edirlər ki, hələlik onların maliyyə mənbələri mövcud deyil. Belə çıxır ki, hava ilə doldurulan “BandCharge” qolbağı tərtibat olaraq qalacaq və heç cür hazır məhsul olmayacaq.

 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018