Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Kaspersky Lab” onlayn maliyyə fırıldaqçılığından qorunmaq üçün yeni təkliflərini açıqladı

“Kaspersky Lab” şirkəti maliyyə sahəsində onlayn-fırıldaqçılığa qarşı yeni nəsil həllər istehsal edib.

 

İKT.lent.az-ın xəbərinə görə, yenilənmiş “Kaspersky Fraud Prevention” indi iki ayrı məhsuldan ibarətdir: “Kaspersky Advanced Authentication” və “Kaspersky Automated Fraud Analytics”.

 

Birinci alət istifadəçinin hesabının etibardan salınmasının müxtəlif ssenarilərin qarşısını alır, ikinici isə maliyyə fırıldaqçılığının ən mürəkkəb hallarını belə müəyyənləşdirib, araşdırmağa kömək edir. Müdafiənin bu cür diversifikasiyası internetdə tranzaksiya keçirən müxtəlif təşkilatlara maliyyə təhlükəsizliyinin daha aktual tərəfləri üçün həllər seçməyə imkan yaradacaq.

 

Artıq çoxdandır ki, onlayn fırıldaqçılıq təkcə maliyyə təşkilatlarının problemi deyil. Elektron ticarətin inkişafı internet-mağazalardan istifadə edən insanların hesabının etibardan salınması ilə bağlı münaqişələrin sayını artırıb. Bu səbəbdən onlayn maliyyə meydançaları analoji riskləri minimuma endirmək üçün tədbir görməyə məcburdu.

 

“Kaspersky Advanced Authentication” adlı yeni həldə realizə olunan maşın təlimi texnologiyaları və mürəkkəb riyazi alqoritmlər istənilən qeyri-adi, o cümlədən fırıldaqçı aktivlikləri login və parolu daxiletmə mərhələsində operativ şəkildə müəyyənləşdirməyə kömək edir. “Kaspersky Lab”ın həlli davranış və biometrik məlumatları təhlil edir, həmçinin istifadə olunan avadanlığın etibarını yoxlayır. Bütün bu proseslər istifadəçidən əlavə hərəkətlər tələb etmir, lakin əsaslandırılmış şübhə yarandığı halda internet-mağaza şəxsiyyətin təsdiqlənməsi üçün həmişə müştərisi ilə əlaqə saxlaya biləcək.

 

Öz növbəsində, bu gün maliyyə təşkilatlarının qarşısında kibersoyğunçuluğun, onlayn fırıldaqçılığın və internetdə pulların yuyulmasının müxtəlif sxemlərin qarşısını almaq kimi olduqca kəskin məsələ durur. “Kaspersky Automated Fraud Analytics” adlı yeni məhsul məhz bu cür problemin həlli üçün yaradılıb.

 

Tranzaksiyanın keçirilməsi ilə bağlı bütün istifadəçi sessiyası ərzində həll yüzlərlə müxtəlif indikatorları təhlil edir və yoxlayır və əldə etdiyi məlumatları maliyyə kibercinayətkarlıqlarının spesifik ssenariləri ilə müqayisəsini aparır. Bu cür yanaşma ən erkən mərhələlərdə belə ciddi hadisələri avtomatik olaraq müəyyən etməyə imkan yaradır.

 

“Onlayn fırıldaqçılıq əvvəlki kimi maliyyə təşkilatları üçün təhlükə doğurur, lakin bu riskə digər sahələr də məruz qalmağa başlayır. Bu gün ən müxtəlif şirkətlər vəsait və resurslarını bizneslərinin rəqəmsal əməliyyatlarını inkişaf etdirilməsinə yönəldir. Məhz bu səbəbdən biz maliyyə fırıldaqçılığından müdafiəyə olan yanaşmamıza yenidən baxmağa qərara gəldik. Daha da ixtisaslaşmış və dar istiqamətli həllər təklif edərək, biz təşkilatlara təhlükəsizlik sistemlərini vacib olan yerlərdə möhkəmləndirmək imkanını veririk”, - deyə “Kaspersky Fraud Prevention”un rəhbəri Aleksandr Yermakoviç bildirib.

 

“Kaspersky Fraud Prevention” haqqında daha ətraflı: https://kfp.kaspersky.com/ru/.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018