Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" xüsusi olaraq gənc abunəçilər üçün yaradılmış tam yeni “DaimOnline” tariflərini təqdim edib.

 

Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, gənclər bir-biri ilə ünsiyyətdə olarkən daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verirlər.

 

Bunu nəzərə alaraq "Bakcell" şirkəti yeni “DaimOnline” paketlərini təklif edir. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı, Gb-larla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlanacaqlar.

 

“DaimOnline 6” tarifi çərçivəsində ayda sadəcə 6 AZN müqabilində 2 Gb İnternet trafiki və 50 şəbəkədaxili dəqiqə təqdim edilir. Bu tarifin əsas özəlliyi ondan ibarətdir ki, abunəçilər tamamilə limitsiz olaraq “WhatsApp”dan istifadə edəcəklər. Limitsiz “WhatsApp”a təkcə mətn deyil, hətta zənglər, şəkillərin, videoların və səs yazılarının göndərilməsi və yüklənməsi də daxildir.

 

Sosial şəbəkələrdən daha çox istifadə edən gənclər isə “DaimOnline 10” və “DaimOnline 20” tariflərinə üstünlük verəcəklər. Belə ki, qeyd olunan tariflərdə “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi tam olaraq limitsizdir! Bu tariflərin istifadəçiləri internet trafikin həcmini fikirləşmədən şəkilləri və videoları paylaşmaq, izləmək və həmin sosial şəbəkələrin bütün digər funksiyalardan istədikləri qədər istifadə edə bilərlər. Bundan əlavə, “DaimOnline 10” (aylıq abunə haqqı 10 AZN) abunəçiləri ayda 5 Gb internet və 200 şəbəkədaxili dəqiqə, “DaimOnline 20” (aylıq abunə haqqı 20 AZN) abunəçiləri isə ayda 20 Gb internet və 400 şəbəkədaxili dəqiqə qazanırlar.

 

Azərbaycanın telekommunikasiya bazarında ən innovativ mobil operator olaraq, "Bakcell" bütün müştəri seqmetlərinin ehtiyac və tələblərini öyrənmək üçün daim bazar araşdırmaları həyata keçirir. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc müştəriləri istədikləri qədər çeviklik və limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daima onlayn olacaqlar.

 

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan "Bakcell" müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

 

"Bakcell" şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018