Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Facebook"un vitse-prezidenti istefa verdi - SƏBƏB -

"Facebook"un ictimai kommunikasiya siyasətinə nəzarət edən vitse-prezidenti Elliot Şreyc istefa verib.

 

İKT.lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu qərara o, Mark Zukerberqlə müzakirədən sonra gəldiyini açıqlayıb: "İşlədiyim vəzifəyə namizəd tapılanadək fəaliyyətimi davam etdirəcək, sonra isə Mark Zukerberqin müşaviri kimi çalışacağam".

 

E.Şreyc şirkətdə "Cambridge Analytica" qalmaqalının araşdırılması ilə məşğul olub. Bundan əlavə, Zukerberqin ABŞ Konqresinə ifadəsinin mətnini də E.Şreyc yazıb.

 

Xatırladaq ki, "Cambridge Analytica" şirkəti D.Trampın seçki kampaniyası zamanı "Facebook" administrasiyasının köməyi ilə 90 milyon istifadəçinin şəxsi məlumatlarını əldə edib. Faktın üzə çıxmasından sonra isə "Facebook"un səhmləri fantastik dərəcədə ucuzlaşıb.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018