Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung"a rekord cərimə cəzası

ABŞ-ın Texas dairə məhkəməsi Cənubi Koreyanın "Samsung" şirkətini patent hüququnu pozduğu üçün 400 milyon dollar cərimələyib.

 
İKT.lent.az-ın " Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, patent Cənubi Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutuna  (KAIST IP US) məxsus olub. 
 
Şirkət KAIST və kompüter komponentlərinin istehsalçısı "İntel" şirkəti arasında "FinFet" texnologiyası əsasında tranzistor istehsalı üzrə olan razılaşmanı pozub. Belə ki, bu texnologiya mikroçiplərin gücünü artırmağa və eyni zamanda onun enerji istehlakını azaltmağa imkan verir. 
 
"Samsung" nümayəndələri isə bildiriblər ki, bu texnologiyanı KAIST ilə birgə işləyib hazırlayıblar və bunun üçün də onu hüquq pozuntusu adlandırmaq olmaz. Şirkət məhkəmənin qərarından şikayət verəcək.

 

Qeyd edək ki, "Samsung"a patent hüququnu pozması ilə əlaqədar daha bir cəza Kaliforniya məhkəməsi tərəfindən verilib. Cənubi Koreya təmsilçisi ABŞ-ın "Apple" şirkətinə qarşı təxminən 539 milyon dollar cərimə ödəməyə məhkum edilib.

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018