Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Google"dan Çin internet mağazasına 550 milyon dollar!

ABŞ-ın "Google" şirkəti Çinin "JD.com" internet mağazasına 550 milyon dollar vəsait yatıracaq. 
 
İKT.lent.az-ın “business.ru” saytına istinadən verdiyi məlumata görə, şirkət "JD.com"un 27 milyon ədəddən çox A kateqoriyalı yeni buraxılmış adi səhmlərini əldə edəcək. 
 
Hər iki şirkətdən bildiriblər ki, pərakəndə ticarət infrastrukturunun inkişafı üzərində birgə işləyəcəklər. “Bu tərəfdaşlıq bütün dünya üzrə istehlakçılara yüksək səviyyəli pərakəndə şoppinq üçün geniş imkanlar açır. Anlaşma dünya riteylinin müasirləşdirilməsi yolunda vacib addımdır”, deyə “JD.com”un strateji məsələlər üzrə direktoru Tszyanven Lyao söyləyib.
 
"Google"un Çinin online ticarət platformasına yatırımdan əldə edəcəyi fayda Asiya bazarlarında təsirini daha da möhkəmləndirməkdən ibarət olacaq. Həmçinin, bu addım hazırda "Amazon"un söz sahibi olduğu ABŞ-ın internet ticarəti bazarında dəyişikliklərə gətirib çıxaracaq.
 
”JD.com” 1998-ci ildə yaradılıb.

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018