Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Online oyunlardan asılılıq xəstəlik kimi tanındı - RƏSMİ

Dünya Səhiyyə Təşkilatı online və videooyunlardan asılılığı rəsmən xəstəlik kataloquna daxil edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Deutsche Welle” radiosu məlumat yayıb.

 

“Dünya Səhiyyə Təşkilatı videooyunlara patoloji meylliliyi müstəqil diaqnoz kimi tanıyıb. Təşkilat oyunlardan asılılığı iyunun 18-də açıqladığı xəstəlik kataloquna daxil edib”, - deyə xəbərdə bildirilir.  

 

Qeyd olunur ki, diaqnozun qoyulması üçün meyarlar oyunun müddəti və davamlılığı üzərində nəzarətin itməsidir. Digər məşğuliyyətlərə nisbətən oyunlara üstünlük verilməsi, eləcə də neqativ nəticələrə baxmayaraq, oyunun davam etdirilməsi meyar kimi götürülüb.  

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018