Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Tesla"da casus qalmaqalı: Mask əməkdaşlarına məktub yazdı

"Tesla" şirkəti casus qalmaqalı ilə çalxalanır.

 

İKT.lent.az-ın RBK-ya istinadən xəbərinə görə, karyera pilləsində yüksəliş xahişi rədd olunan şirkət əməkdaşı istehsal sistemi barədə məlumatları üçüncü şəxslərə ötürməkdə ittiham olunur.

 

Qalmaqal barədə "Tesla"nın rəhbəri və qurucusu Elon Maskın şirkət əməkdaşlarına elektron məktubunda məlumat verilib. Mask adı çəkilməyən əməkdaşın hərəkətini "sabotaj" kimi qiymətləndirib, "Tesla"ya dəyən zərərin isə kifayət qədər böyük olduğunu vurğulayıb.

 

Hazırda "Tesla" həmin əməkdaşın tək hərəkət edib-etmədiyini aydınlaşdırır. Mask "şirkətimizin ölümünü arzulayan şirkətlərin" siyahısının uzun olduğunu yazıb. Onlara misal olaraq elektrokar istehsalının inkişafını istəməyən investorları və neft şirkətlərini qeyd edib.

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018