Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tarixi olay: Süni zəka insanla debat apardı -

Dünyada ilk dəfə olaraq, ABŞ-da insanın və süni zəkanın iştirakı ilə debat keçirilib.

 

İKT.lent.az-ın xəbərinə görə, San Fransiskoda baş tutan bu tarixi olay zamanı kompüter zəkası (“Project Debater”) öz mövqeyini əsaslandırıb, faktlara istinad edib və inandırıcı arqumentlər gətirib.

 

Müzakirə mövzusu bu olub ki, dövlət kosmosun mənimsənilməsini və tele-tibb sahəsini maliyyələşdirməlidirmi? Tamaşaçılar bəzi məqamlarda süni zəkanın arqumentlərini diskussiyanın qarşı tərəfi olan israilli aparıcı Dan Zafririn fikirlərindən daha əsaslı sayıblar.  

 

“Project Debater” eksperimental layihəsi ilə IBM firması 2011-ci ildən məşğul olur. Layihənin rəhbəri Noam Slonim bildirib ki, sistem insanla diskussiya aparmağı 2 il əvvəl öyrənib. Müzakirə zamanı süni zəka mediadan mövzuya uyğun milyonlarla yazını skan edir və onların əsasında öz arqumentlərini müəyyənləşdirir, sitatlar gətirir. Lakin sistem ideal deyil. Belə ki, “Project Debater” mənasız arqumentlər və fikirlər də söyləyir.  

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018