Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Poroşenkonun gizli "Facebook" profili tapıldı

Ukrayna prezidenti Pyotr Poroşenkonun gizli "Facebook" profili aşkarlanıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə ukraynalı jurnalist Aleksandr Dubinski sosial şəbəkədəki səhifəsində yazıb.

 

Onun sözlərinə görə, "Peter Lions" adlı səhifə 4,5 ildir mövcuddur: "Bu gündən səhifə yalnız dostlar üçün açıqdır. Bu səhifəyə bir çox siyasətçilər və biznesmenlər, eləcə də prezidentin ailə üzvləri abunə olub".

 

"Peter Lions" Aleksandr Dubinski də daxil olmaqla 3 jurnalistə abunə olub. Ancaq səhifədən skrinşotları dərc etməsindən sonra Dubinski dostlar sırasından çıxarılıb: "Daha yaxşı dəlil düşünmək mümkün deyildi. Təşəkkürlər, Pyotr Alekseyeviç!"

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018