Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Günün fotosu: bu da “Samsung Galaxy S10” smartfonu... - FOTO

“İce universe” nikli insayder özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində naməlum çərçivəsiz smartfonun şəklini dərc edib. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, söhbət yubiley “Samsung Galaxy S10” smartfonundan gedir. Bu smartfon ictimaiyyətə ancaq gələn ilin əvvəlində təqdim ediləcək. 

“Samsung Galaxy S10”-un kod adı “Beyond”dur. Bu smartfon özünü az qala ekranın perimetri ətrafında çərçivələrin olmaması ilə ifadə edir. Panelin üz tərəfində yüksəkdən danışmaq üçün nə kəsik, nə frontal kamera, nə də hər hansı ötürücü var.

Çox güman ki, bu, sadəcə, “Galaxy S9” bazasında yaradılmış həvəskar saxtakarlıqdır. “Samsung” hələlik bununla bağlı heç bir rəsmi açıqlama vermir.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018