Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Instagram"dan tarixi rekord - 1 MİLYARD İSTİFADƏÇİ!

Dünya üzrə “Instagram” foto xidməti istifadəçilərinin sayı 1 milyard nəfərə çatıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkənin açıqlamasında bildirilir.

 

"Hazırda “Instagram” 1 milyard nəfərdən ibarət qlobal topluluqdur. 2010-cu ildə istifadəyə verildikdən bəri biz bu topluluğun yüksəlişi və inkişafını heyrətlə izlədik. Bu, “Instagram”dakı hər kəs üçün böyük nailiyyətdir, təşəkkürlər”, - deyə açıqlamada qeyd olunub.

 

“Instagram” yeni IGTV proqram əlavəsini də təqdim edib. Onun vasitəsilə 1 saat müddəti olan şaquli videolar yerləşdirmək və izləmək mümkündür. IGTV xüsusi olaraq smartfon vasitəsilə çəkiliş aparmaq və baxmaq üçün yaradılıb. Yəni smartfondan necə istifadə edilirsə (şaquli və tam ekran rejimində), o cür də video çəkmək mümkün olacaq. Bu proqram bir neçə həftə ərzində istifadəçilərin ixtiyarına veriləcək, Android və iOS əməliyyat sistemləri ilə çalışacaq.

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018