Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İşdə məhəbbət macərası: Şirkət rəhbəri istefaya göndərildi

ABŞ-ın məşhur “Intel” korporasiyasının baş direktoru Brayan Krjaniç istefaya göndərilib. O, Direktorlar Şurasından da çıxarılacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

 

Qərarın səbəbi B. Krjaniçin daxili qaydalara zidd olaraq, əməkdaşlardan biri ilə eşq macərası yaşamasıdır.

 

“Məlumat çatdı ki, Krjaniç əməkdaşlardan biri ilə daha əvvəl eşq yaşayıb. Aparılan araşdırma “Intel”də qəbul olunmuş, işdə eşq macərasını qadağan edən normaların pozulması faktını təsdiqləyib. Bu qaydalar bütün menecerlərə aiddir”, - deyə şirkətin rəsmi açıqlamasında bildirilir.

 

B. Krjaniçin münasibətdə olduğu əməkdaşın cinsi açıqlanmayıb.

 

“Intel”in Direktorlar Şurası B. Krjaniçin istefaya göndərilməsinə səs verib. Şirkətin baş maliyyə direktoru Robert Svan baş direktor səlahiyyətlərinin icraçısı təyin olunub.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018