Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla”da qənaət tədbirləri

“Tesla” şirkəti ABŞ-ın 9 ştatında Günəş enerjisinin istehsalı və quraşdırılması ilə məşğul olan 10-dan artıq yerli bölməsini bağlayacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Əsas biznesi elektromobil istehsalı olan “Tesla” bu yaxınlarda əməkdaşlarının 9%-ni (4 min nəfərdən çox) ixtisar etmək qərarına gəlib. Bu qərar Günəş enerjisi ilə məşğul olan bölmənin işinə də təsir edib. 2016-cı ildə “Tesla” 2,6 milyard dollara “SolarCity” enerji şirkətini satın almışdı. “Tesla” nümayəndələri bildirmişdilər ki, bu alışdan sonra şirkət elektrik enerjisi yığan qurğular və evlərin damında quraşdırmaq üçün yeni tip Günəş batareyaları buraxacaqlar.

 

İxtisar qərarından sonra keçmiş “SolarCity”nin 60 filialından azı 10-u bağlanacaq. Bundan başqa, “Tesla” tikinti materialları mağazası “Home Depot” ilə müqaviləni də dayandıracaq. Əvəzində şirkət enerji yığıcılarını öz ticarət nöqtələri və internet vasitəsilə satacaq.

 

Qeyd edək ki, 2018-ci ilin ilk rübünü “Tesla” 710 milyon dollar zərərlə başa vurub.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018