Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Galaxy Note 9”un fotoları yayıldı

İnternetdə “Samsung”un yeni flaqman smartfonu – “Galaxy Note 9”un fotoları yayılıb.

 

İKT.lent.az-ın xəbərinə görə, avqust ayında rəsmi təqdimatı gözlənilən cihazın fotoları “Weibo” sosial şəbəkəsində yerləşdirilib.

 

Smartfon zahirən “Galaxy Note 8”dən az fərqlənir. Diaqonal 6,3 düym təşkil edir, çərçivələr daha nazikdir.  

 

Barmaq izi skaneri və ikili kameranın üfüqi modulu arxa şüşə paneldə yerləşir.

 

Əsas fərq isə “S Pen” stilusudur. Batareya da iri həcmli (4000 mAs) olacaq.

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018