Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rahat yatmaq üçün qulaqcıq

“Bose” şirkəti problemsiz yuxunu təmin edən “Sleepbuds” qulaqcıqları hazırlayıb.  

 

İKT.lent.az-ın CNET-ə istinadən verdiyi xəbərə görə, qulaqcığı taxaraq hər hansı diskomfort hiss etmədən bütün gecəni rahat yatmaq mümkündür. Qulaqcıq ətrafdakı səsləri, məsələn, kondisionerin səsini və küçədən gələn səsləri “boğur”.

 

Qulaqcıqlarla adi musiqiyə qulaq asmaq olmur, yalnız yağış, şəlalə, okean, dalğa, külək səslərini dinləmək mümkündür.  

 

Qulaqcıq 16 saat fasiləsiz işləyir. Daha sonra isə onu şarj etmək lazımdır.

 

Cihazın qiyməti 249 dollardır.

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018