Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone” şifrəsini sındırmağın ən sadə yolu tapıldı

Hakerlər ABŞ-ın “Apple” şirkətinin istehsalı olan telefonlarının sındırılmasının sadə üsullarını tapıblar.

 
İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, “iPhone” istifadəçiləri və tərtibatçıları bilirlər ki, telefon aparatının blokdan çıxarılması üçün şifrə daxil etmək lazımdır.

 

Hər insan on dəfə cəhd etdikdən sonra telefondan məlumatlar avtomatik olaraq silinəcək. Ancaq xarici klaviatura qoşulduğu halda, telefonun əməliyyat sistemi şifrəni sonsuz sayda daxil etməyə imkan verəcək. 

 
Beləliklə, telefonun şifrəsini sındıranlar bütün 9999 kombinasiyanı əllə yığa biləcəklər. Belə bir əməliyyat ən pis halda 10 saat vaxt tələb edir. Şifrə altı rəqəmli olduğu halda isə bu, cəmi iki həftə çəkə bilər.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018