Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram”a videozəng funksiyası əlavə olundu

“Instagram”ın son yenilənməsində videozəng funksiyası istifadəçilərin ixtiyarına verilib.

 

İKT.lent.az-ın xəbərinə görə, artıq privat rejimdə və qrup halında videoçat yaratmaq mümkün olacaq.

 

Videoçatın vasitəsilə iOS və Android platformalarında mobil rabitə olmadan dostlarla danışmaq imkanı yaranıb. “Siz videoçatda iOC və Android vasitəsilə, telefon nömrəsini yığmadan asanlıqla dostlarınızla əlaqəyə girə bilərsiniz. Videoçatda zaman məhdudiyyəti yoxdur, istədiyiniz qədər danışacaqsınız”, - deyə şirkətin açıqlamasında bildirilir.

 

Bir zəngdə 4-ə qədər istifadəçi iştirak edə bilər.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018