Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” yeni brendini qeydiyyata aldırdı - “POCOPHONE”

“Redmi” və “Mi” brendi altında smartfon istehsalında ixtisaslaşmış “Xiaomi” şirkəti “Pocophone” adlanan yeni ticarət nişanını qeydiyyatdan keçirib. 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, bu adda çıxarılacaq məhsulların dəqiq vaxtı hələlik məlum deyil. 

İnsayder məlumatlarına əsasən, Çin istehsalçısı Avropa İttifaqına bu ticarət nişanı altında qeydiyyatın alınması ilə bağlı müraciət edib. Çox güman ki, yeni brend adı altında istehsal ediləcək cihazlar Avropa bazarı üçün nəzərdə tutulub. Artıq məxfiləşdirilmiş bir ədəd aparat üzərində işlərə başlanılıb.

“M1805E10A” kod adı olan yenilik Tayvandakı NCC sertifikatlaşdırma bürosunun bazasında görüntülənib. Bu cihazın istehsal hüquqları “Xiaomi Communications Technology Co.” şirkətinə məxsusdur. Onun texniki xüsusiyyətləri məlum deyil. Ancaq cihazda dəqiq olaraq “BeiDou”, “GLONASS”, GPS, “FDD-LTE bands 3,7,8” olacaq.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018