Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” ABŞ-ın ən bahalı brendi titulunu itirdi

“Brand Finance” şirkəti ABŞ-ın 500 ən bahalı brendinin reytinqini yeniləyib. 

İKT.lent.az-ın “AppleInsider” nəşrinə istinadən məlumatına görə, hesablamalara əsasən, reytinqin əvvəlki lideri “Apple” korporasiyası öz yerini “Amazon” şirkətinə verib. 

“Amazon” brendinin qiyməti bir ildə 42 faiz artaraq 150,8 milyard dollara çatıb. “Apple” ticarət markasının kapitallaşması 37 faiz artaraq 146,3 milyard dollar təşkil edib. 

Üçüncü yeri “Google” brendi tutub. Bu brendin dəyəri 10 faiz bahalaşaraq 120,9 milyard dollar təşkil edib. 

Qeyd edək ki, bu il Kupertinyo şirkəti həmçinin “Fortune” nəşrinin hazırladığı versiyaya əsasən, ən gəlirli şirkətlərin siyahısından da kənarda qalıb. Onun rəhbəri Tim Kuk isə “Glassdoor” analitik agentliyi tərəfindən tərtib edilmiş ABŞ-ın ən yaxşı işlə təmin edən şirkətlərinin reytinqində 53-cü yerdən 96-cı yerə düşüb.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018