Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Apple" və "Samsung" razılığa gəldi

“Apple Inc” və “Samsung Electronics” 7 ildir davam edən patent mübahisəsinə son qoyublar.

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, tərəflər Kaliforniya ştatının Şimal dairə Məhkəməsində baxılan iş üzrə razılığa gəliblər. Hələlik razılaşmanın detalları açıqlanmır.

 

Məhkəmə çəkişməsi 2011-ci ildə başlayıb. “Apple” rəqibini iPhone” smartfonlarının bəzi populyar funksiyaları üzrə patent hüququnu pozmaqda günahlandırıb. Bu ilin may ayında məhkəmə “Samsung”u 539 milyon dollar kompensasiya ödəməyə məhkum edib. Daha əvvəl isə cənubu koreyalılar 399 milyon dollar ödəyiblər.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018