Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İkiayaqlı robota kələ-kötür ərazidə sürətlə yeriməyi öyrətdilər

Kaliforniya Universiteti və Karneqi-Mellon Universitetinin mühəndisləri ikiayaqlı robotlara kələ-kötür ərazidə nisbətən sürətli hərəkət edə bilərlər.


İKT.lent.az-ın Nplus1.ru-ya istinadən xəbərinə görə, alimlər hazırladıqları yeni alqoritmin səmərəliyini yoxlamaq üçün Oreqon Universitetində hazırlanmış “ATRIAS” robotundan istifadə ediblər.

 

İki mexaniki ayaqla təchiz edilmiş bu robotun korpusu döndərici mexanizmə birləşdirilib. Mühəndislər sınaqlar zamanı robotun qarşısında kərpiclərdən ibarət müxtəlif hündürlüklü və ara məsafəli yol düzəldərək kələ-kötür ərazini imitasiya ediblər. Orta sürəti 0,6 m/san təşkil edən hərəkət prosesində robot növbəti maneə haqda məlumatları əldə edib, alqoritm isə bu informasiyanı emal edib.


Mühəndislərin fikrincə, gələcəkdə onların həlli mürəkkəb təbii relyef üzrə  müstəqil hərəkət edə biləcək robotları idarə etmək üçün istifadə edilə bilər.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018