Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Maradona "WhatsApp"da onun ölüm xəbərini yayanı tapmaq üçün pul vəd etdi

Argentinalı keçmiş futbol əfsanəsi Diyeqo Maradona “WhatsApp”da onun öldüyü barədə audioyazının müəllifini tapmaq üçün pul mükafatı təyin edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Maradonanın vəkili Matias Morla məlumat verib. “Mən Buenos-Ayresdəki əməkdaşlarımızla danışdım və onlara yayılmış audioyazının müəllifləri barədə dəqiq informasiya təqdim edən şəxsə 300 min peso mükafat təyin olunduğunu bildirdim”, - deyə vəkil söyləyib. (300 min peso 10,8 min dollardır.)

 

M. Morla maddi stimulun bu əməlin arxasında kimin dayandığını müəyyənləşdirməyə kömək edəcəyini vurğulayıb.

 

Xatırladaq ki, Peterburqda keçirilən Argentina-Nigeriya matçından sonra Maradonanın özünü pis hiss etdiyi və xəstəxanaya aparıldığı xəbər verilib. Eyni vaxtda “WhatsApp” vasitəsilə ispan dilində, Argentina ləhcəsində danışan bir nəfərin Maradonanın ürək tutması nəticəsində öldüyü barədə səs yazısı yayılıb. Vəkil Morla bu xəbərin futbol əfsanəsinin ailəsi, yaxınları və dostlarını şoka saldığını bildirib: “Biz bunu cəzasız qoya bilmərik”.

 

D. Maradona özü oyundan sonra başı ağrıdığını və boynunda ağrılar hiss etdiyini, lakin xəstəxanaya getmədiyini söyləyib.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018