Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Pentaqon “danışan vərəqə” hazırladı: Düşmən tərəfə atmaq üçün

ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının (USSOCOM) mütəxəssisləri düşmənin nəzarət etdiyi ərazilərdə yerli əhali və düşmən əsgərləri arasında yaymaq üçün “danışan vərəqələr” yaradıblar.  

 

İKT.lent.az-ın “Defence One” saytına istinadən verdiyi xəbərə görə, USSOCOM “danışan vərəqə”nin sınaq nümunəsini hazırlayıb. Bu, 4 standart çap kağızı qalınlığında olan və yarım dəqiqəlik audioinformasiya daşıyan vərəqədir. Komandanlıq bu nümunənin üzərində işləyərək onu döyüş şəraitində istifadəyə uyğun hala gətirəcək şirkət axtarır. Bu vərəqələrin ön cəbhədə “çap olunması” və ehtiyac yaranarsa, yazılı çağırışın da orada yer alması nəzərdə tutulub.  

 

USSOCOM nümayəndəsi Rayen Braun bildirib ki, yeni təbliğat materialı bərk, hər cür hava şəraitinin təsirinə davamlı və ünvana çatdıqdan sonra mərkəzə siqnal göndərmək xüsusiyyətinə malik olmalıdır. Perspektivdə “danışan vərəqələr”in ayrı-ayrı kiçik qruplara və bir nəfərə yönəlməsi imkanları da nəzərdən keçirilir. Bu cür ünvanlı orientasiya hərbi-informasiya təminatı üzrə əməliyyatların planlaşdırılması və keçirilməsini asanlaşdıracaq.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018