Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Adidas"a haker hücumu

Almaniyanın məşhur “Adidas” firması haker hücumuna məruz qalıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu şirkət öz saytında açıqlayıb.

 

Açıqlamada bildirilir ki, “Adidas”ın internet mağazası vasitəsilə alış-veriş edən müştərilərin məlumatları naməlum şəxslərin əlinə keçib. Hadisə iyunun 26-da baş verib.

 

Şirkətin əməkdaşı “Los Angeles Times”a bildirib ki, söhbət milyonlarla istifadəçinin məlumatlarından gedir.

 

Bununla yanaşı, “Adidas” bildirib ki, istifadəçilərin kredit kartları barədə məlumatların oğruların əlinə keçdiyini söyləməyə əsas yoxdur.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018