Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ermənilərin Ağdamda törətdiyi yanğının kosmosdan çəkilmiş FOTOsu yayıldı

“Azərkosmos” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə  idarəçiliyində olan “Azersky” peyki vasitəsilə Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində son günlər törədilmiş yanğınların monitorinqini aparıb.

 

İKT.lent.az-ın “Azərkosmos” ASC-nin saytına istinadən verdiyi məlumata görə, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində baş verib.

 

İyunun 29-da Ağdam rayonunun işğal altında olan yaşayış məntəqələri üzrə ümumilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

 

Yanğınların monitorinqi hazırda davam etdirilir.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018