Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Motorola” və “Google” müştərək smartfonlar buraxacaq

“Motorola” şirkəti “Google” korporasiyası ilə birgə iki yeni smartfonunun tərtibatını aparır. 
 
İKT.lent.az-ın 7info.ru saytına istinadən məlumatına görə, bu iş “Android One” proqramı çərçivəsində aparılır. 

Şəbəkədə yeniliklərin ilk görüntüləri yayılıb. Belə ki, birinci cihazın ön hissəsi şüşədən, ikinci cihaz isə metaldandır. Bununla belə, cihazların ekranın yuxarı hissəsi kəsiklidir və nazik yan çərçivələrə malikdir. 

“Astera” portalı isə yazır ki, smartfonlar 6,2 düymülk ekranlarla təchiz ediləcək. Onların 4 Gb əməliyyat yaddaşı, 64 Gb daimi yaddaşı, həmçinin 12 meqapiksel və 5 meqapiksel kameraları var. 

Gözlənilir ki, yeniliklər “Snapdragon 636” prosessorları ilə işləyəcəklər.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018