Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” istifadəçi məlumatlarını neçə quruma təqdim edib? - AÇIQLANDI

ABŞ Konqresi “Facebook”un istifadəçilərin şəxsi məlumatlarından necə yararlandığı barədə hesabatını açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, 700 səhifədən çox olan hesabatda bildirilir ki, “Facebook” mövcud olduğu dövr ərzində 52 şirkətə öz istifadəçilərinin məlumatlarını təqdim edib.  Bu sırada “Apple”, “Amazon” və “Microsoft” kimi nəhənglər də  var.

 

ABŞ xaricində isə Cənubi Koreyanın “Samsung” və Çinin “Huawei”, “Alibaba” kimi şirkətləri “Facebook” istifadəçilərinin şəxsi məlumatlarına çıxış əldə edib.

 

“Facebook” həmin şirkətlərdən 38-i ilə əməkdaşlığı dayandırıb və daha 8 şirkətlə əməkdaşlığı kəsməyə hazırlaşır.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018