Bu bölmə Bakcell tərəfindən təqdim olunur

HTC əməkdaşlarının 1/4-ni ixtisar edəcək

Məşhur smartfon istehsalçısı olan HTC şirkəti əməkdaşlarının dörddə birini ixtisar etmək qərarına gəlib.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, buna səbəb şirkətin qacet satışlarında uğursuzluqla üzləşməsidir.

 

Tayvan şirkətinin nümayəndələri bildirib ki, ixtisarlarda məqsəd resursların effektiv idarə olunmasına nail olmaqdır.

 

Hazırda HTC-də 6 min nəfərin çalışdığını nəzərə alsaq, ixtisarların 1500 nəfərə şamil olunacağı gözlənilir.

 

Qeyd edək ki, bu ilin yazında şirkətin məhsullarının satışlarında 55 faiz azalma qeydə alınıb.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018