Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakcell" mobil rabitə xidmətinin dayanıqlığını təmin edib - AÇIQLAMA

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ölkə ərazisində elektrik enerjisinin təchizatı ilə bağlı yaranmış çətinliklər zamanı mobil rabitə xidmətlərinin dayanıqlığını maksimum şəkildə təmin edib.

 

“Abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin etmək üçün bu günlər ərzində xüsusi rejimdə çalışmışıq. Ən son texnologiya ilə təchiz olunmuş Bakcell şəbəkəsinin texniki imkanları sayəsində dayanıqlı səs və internet xidmətlərini təmin etməyə nail olmuşuq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.  

 

İyulun 2-dən 3-nə keçən gecə "Bakcell" şəbəkəsi və şirkətin bütün müvafiq strukturları dərhal gücləndirilmiş iş rejiminə keçirilib. Mobil xidmətlərin kəsintisiz fəaliyyətinin təmin edilməsi istiqamətində görülmüş qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin paytaxtında və elektrik enerjisinin təchizatı ilə bağlı çətinliklər müşahidə olunan digər bölgələrində yerləşən mobil baza stansiyalarının elektrik təchizatında fasilələrin qarşısının alınması məqsədilə şirkət tərəfindən çoxlu sayda əlavə enerji qurğusu, yüzlərlə stasionar və portativ generator işə salınıb. Həmçinin “Bakcell”in müvafiq partnyorları və podratçı şirkətləri tərəfindən prosesə əlavə işçi qüvvəsi cəlb olunub.

 

"Bakcell" şirkətinin texniki personalı gücləndirilmiş rejimdə fəaliyyət göstərərək 24 saat ərzində mobil şəbəkəyə nəzarət edir və xidmət keyfiyyətinin monitorinqini həyata keçirir. Nəticədə ucqar ərazilər daxil olmaqla ölkənin bütün bölgələrində “Bakcell”in mobil baza stansiyaların fasiləsiz işi təmin olunur.  

 

Xidmət keyfiyyətinin ölçülməsi və abunəçilərin bütün sual və müraciətlərin dərhal cavablandırılması üçün “Bakcell”in məlumat mərkəzi və sosial media kanalları da həmçinin 24 saat ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

 

"Bakcell" şirkəti şəbəkənin fasiləsiz fəaliyyətinin təmin edilməsinə yönəlmiş tədbirləri davam etdirəcək.  

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018