Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Siri” səs köməkçisi nazirin sözünü kəsdi

Böyük Britaniyanın müdafiə naziri Gevin Uilyamson (Gavin Williamson) parlamentdə çıxış edərkən maraqlı hadisə baş verib.

 

İKT.lent.az-ın “The İndependent” qəzetinə istinadən verdiyi xəbərə görə, nazirin “iPhone” smartfonundakı “Siri” səs köməkçisi funksiyası sahibinin çıxışına müdaxilə edib. G. Uilyamson Suriya mövzusunda danışarkən qəflətən smartfondan “Mən internetdə Suriya Demokratik Qüvvələri sorğusu üzrə nəsə tapdım” deyə səs eşidilib.

 

Səs köməkçisi funksiyası ingiliscə “Hey Siri” sözü ilə aktivləşir. Görünür, Suriya (Syria) sözünün ingilis dilində səslənməsi bu funksiyanı yanıldıb və aktivləşməsinə səbəb olub.

 

Zaldakı millət vəkilləri nazirin düşdüyü duruma gülüblər. “Mən üzr istəyirəm. Öz telefonumuzun sözümüzü kəsməsi tez-tez baş verən hal deyil. Nə isə. Mən davam edirəm və “Siri”nin köməyi oilmadan”, - deyə nazir bildirib.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018