Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Şəkil çək, “Bakcell”dən “Samsung Galaxy S9” smartfonu qazan!

“Bakcell” şirkəti abunəçilərinə “Samsung Galaxy S9” kimi super smartfon qazandıra bilər. 

İKT.lent.az-ın məlumatına görə, “Bakcell” özünün “Facebook” səhifəsində müsabiqə təşkil edib. 

“Sən bir gün belə olsun, öz həyatını internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmirsən? Əhvalını, təəssüratlarını şəkil vasitəsilə ifadə etməyə xoşlayırsan? Bəs bilirdin ki, bu məşğuliyyətin sənə “Samsung Galaxy S9” kimi super smartfon qazandıra bilər? “Bakcell”lə bu mümkündür!”

 

Bunun üçün isə sadəcə, “Bakcell”in elan etdiyi foto müsabiqəyə qoşulmaq lazımdır. Müsabiqənin şərtləri belədir:

1. Kreativ şəkil çək, onu “Instagram”da olan maraqlı stikerlərdən istifadə edərək bəzə, şəkilin üzərinə #BakcellileDaimOnline heşteqi əlavə et və həmin heşteqi postunda qeyd edərək “Instagram” profilindən hər kəsə açıq şəkildə paylaş. Bağlı profillərdən paylaşılan şəkillər nəzərə alınmayacaq.

2. Bizim @bakcell “Instagram” səhifəmizi izlə (“follow”). 

3. Ən azı 5 dostunu işarələyərək (tag ) müsabiqədə iştirak etməyə dəvət et. İşarələdiyin profillər biznes səhifələrə yox, real dostlarına məxsus olmalıdır.

4. Müsabiqə 16.07.2018 tarixində saat 18:00-da bitəcək və qaliblər 17.07.2018 tarixində elan olunacaq. Qaliblər random.org saytı vasitəsilə şərtlərə əməl etmiş iştirakçılar arasından seçiləcək.

5. Qeyri-etik, normalara uyğun olmayan şəkillərin sahibləri müsabiqədən kənarlaşdırılacaq.

6. Müsabiqədə yalnız “Bakcell” abunəçiləri iştirak edə bilər.

7. Saxta (feyk) profillər nəzərə alınmayacaq.
 
8. Müsabiqə yalnız “Bakcell”in “İnstagram” səhifəsində (@Bakcell)keçirilir.

Hədiyyələr:

1-ci yer (1 iştirakçı): SUPER PRIZ – “SAMSUNG GALAXY S9” smartfonu

2-ci yer (50 iştirakçı): iyulun 20-də eksklüziv təşkil olunan “Qarışqa adam və arı” filminin qapalı seansına bilet.

“Bakcell” şirkəti hər kəsə uğurlar arzulayır!

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018