Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Electronics” ilkin maliyyə hesabatını açıqladı

“Samsung Elektronics” şirkəti 2018-ci ilin ikinci rübünün ilkin maliyyə nəticələrini açıqlayıb. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, hesabat dövründə Cənubi Koreya nəhənginin konsolidə olunmuş gəlirləri 57-59 trilyon von kimi qiymətləndirilir. Bir il öncə bu göstərici 61 trilyon von təşkil edib. 

Gəlirlərin bir qədər azalması şirkətə əməliyyat gəlirlərini artırmağa mane olmayıb. İlkin qiymətləndirməyə görə, bu rəqəm 14,7-14,9 trilyon von təşkil edib. 

Rübün ilkin nəticələrinə həsr edilmiş məlumatda deyilir ki, ilkin qiymətləndirmə Beynəlxalq Maliyyə Hesabatlılığı Standartının Koreya Versiyasında – K-İFRS-ə müvafiq olaraq hazırlanıb. Tam hesabat bir qədər sonra dərc ediləcək. 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018