Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” payızda “iPhone X” və “iPhone SE”-dən imtina edə bilər

“BlueFin Research” analitik şirkəti olduqca gözlənilməz və qəribə proqnozla çıxış edib.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, mütəxəssislər investorlar üçün qeyddə bildiriblər ki, “Apple” bu il “iPhone SE” və “iPhone X” smartfonlarının istehsalını dayandıra bilər.

“iPhone X” artıq cari ilin üçüncü rübündə istehsalını dayandırmalıdır. Həmçinin “iPhone SE” də mövcudluğunu dayandıracaq. “iPhone 8” smartfonu “Apple”in yekun portfoliosunda “əlçatan” modellərin əsas hissəsini tuta biləcək.

Bu addımın atılması səbəbi kimi şirkətin fokusunu gələcək “iPhone 9”, “iPhone 11” və “iPhone 11 Plus” modellərinə keçirmək və onları intensiv olaraq irəli çəkmək arzusu göstərilir. Analitiklər qeyd edirlər ki, son 5 il ərzində “iPhone” əldə etmək istəməyən istifadəçilərin zəif fəallığından yaranan “məhdud tələb” 2018-ci ildəki yeniliklər sayəsində satışları artıracaq.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018