Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”in dəstəyi ilə əlillər üçün innovativ 3D protezləri hazırlanacaq

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti əlilliyi olan insanların reabilitasiya imkanları ilə təmin edilməsinə yönəlmiş növbəti innovativ layihəyə start verir.

 

İKT.lent.az-ın xəbərinə görə, innovasiyaları tək mobil telekommunikasiya sahəsinə deyil, insanların gündəlik həyatına da qatmaq niyyətində olan "Bakcell" “Reabilitasiya Akademiyası” adlı yeni layihənin icrasına dəstək göstərir.

 

Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq XXI əsrin ən innovativ texnologiyaları və xüsusilə 3D printerin köməyi ilə daha rahat reabilitasiya vasitələrinin hazırlanması (protez, ortez və digər köməkçi vasitələr) nəzərdə tutulub. Yeni layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi ilə “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

 

ƏƏSMN-in nəzdində fəaliyyət göstərən Protez-Ortopedik Reabilitasiya Mərkəzinin ekspertləri ilə birgə 3D printerin köməyi ilə mövcud baza protezləri təkmilləşdirilərək yeni 3D protezləri və digər köməkçi qurğuların test variantı istehsal ediləcək, eyni zamanda əl və ya ayağı amputasiya olunmuş insanlar üçün mexaniki protezlər hazırlanacaq. Həmçinin, layihə çərçivəsində Uşaq Serebral İflic (USİ) və digər ağır formalı əlilliyi olan uşaqlara köməkçi texniki vasitələrin istehsalı üçün emalatxananın yaradılması nəzərdə tutulub. Burada USİ olan uşaqlara bel və ayaq uçun fiksatorlar düzəldiləcək.

 

“Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İB hazırlanmış protezləri sınaqdan keçirəcək və gələcəkdə onlardan daha geniş istifadə olunması ilə bağlı tədbirlər həyata keçirəcək.

 

Azərbaycanda ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət Proqramlarından birini fəal şəkildə həyata keçirən "Bakcell" şirkəti xüsusi qayğıya ehtiyacı olan insanların sosial rifahının yaxşılaşdırılması üçün daim yeni imkanlar axtarır və əlilliyi olan vətəndaşların və xüsusilə də, uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına kömək edə biləcək layihələri və xeyriyyə təşəbbüslərini dəstəkləyir.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018