Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” suyun altına çexolsuz salına bilər

Tanınmış blogger Frederik Van Stridonk bildirib ki, “iPhone X” smartfonunu hətta müvafiq materialdan hazırlanmış xüsusi çexoldan istifadə etmədən suyun altına salmaq mümkündür. 

İKT.lent.az-ın vevby.ru saytına istinadən məlumatına görə, təcrübə prosesində kişi hovuzda telefonla üzməyi yoxlayıb. Hətta bundan sonra da cihaz tam gücü ilə işləməyə davam edib.  

Bloggerin sözlərinə görə, Kupertinyo istehsalı olan telefonun dözümlülüyünü yoxlamaq ideyası ona ani olaraq gəlib. Çünki o zaman o, hovuzun yanında olub və az qalıb ki, ora yıxılsın. Bu zaman o, öz cihazından narahat olub. 

Blogger qeyd edib ki, telefon həqiqətən də hətta olduqca yüksək təzyiq altında suya dözümlüdür. Telefonun xüsusi klapanları onun portlarını su sızmasından qoruyur. Ancaq bununla belə, o, cihazı ehtiyac olmadan mühafizəsini təcrübə etməməyə çağırıb.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018