Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu il Dubayda heç bir mənzil oğurluğu olmayıb - SƏBƏB

Təhlükəsizliyi təmin edən intellektual sistemin tətbiqi sayəsində bu il Dubayda heç bir mənzil oğurluğu faktı qeydə alınmayıb.

 

İKT.lent.az-ın "AzərTAC"a istinadən xəbərinə görə, Dubayın Cinayət Axtarışı Polisinin başçısı Rəşid Abdul Rəhman bin Zabavi Əl-Fələsinin bəyanatına görə, hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə həyata keçirilən mənzil təhlükəsizliyinin təmin edilməsi proqramına həm Əmirliklərin vətəndaşları, həm də ekspatriantlar tərəfindən böyük tələbat var. O bildirib ki, Dubay polisi mənzil oğurluqları ilə bağlı cinayətlərin səviyyəsini azaltmaq üçün bu sistemdən istifadə edir.

 

Təhlükəsizliyi təmin edən intellektual sistem məzuniyyətdə olan vətəndaşların mənzillərini qoruyan mühafizə mexanizmindən ibarətdir. Vətəndaşın ölkənin hüdudlarını tərk etməsindən, yaxud ölkədə səyahət etməsindən asılı olmayaraq bu sistem işləyir. Maraqlıdır ki, sistemdə qeydiyyatdan keçmək pulsuzdur: polis patrulları qeydiyyatdan keçən hər bir vətəndaşın evinin ətrafında tamamilə havayı dolanır, lazım gəldikdə isə şübhəliləri tutub saxlayır.

 

Polisin məlumatına görə, bu intellektual sistemdən istifadə edənlərin sayı bu il 35 faiz artıb və bu artım artıq bir neçə ildir sabit davam edir: ötən il 30 faiz, 2016 və 1014-cü illərdə müvafiq olaraq 17 və 15 faiz. Arzu edən hər kəs öz smartfonundan, yaxud Dubay polisinin saytında kompleks smart-proqrama qoşula bilər. Başqa ölkədə olan vətəndaş isə qaynar xəttə zəng etməklə mənzilinin mühafizəsini təmin edə bilər.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018