Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İranlı gimnast bu rəqsinə görə həbs edildi -

İrandan olan 19 yaşlı gimnast Maədə Hocabiri özünün “İnstagram” səhifəsində dərc etdiyi videoya görə həbs edilib. 

İKT.lent.az-ın “Rossiyskaya qazeta” nəşrinə istinadən məlumatına görə, bu videonu qız öz yataq otağında çəkib.

 

Maədəni bu videoçarxda hicabsız olduğu üçün günahlandırırlar. Sonradan o, digər qızlarla İranın dövlət televiziyasına çıxarılıb. O ağlayıb və başqalarını eni hərəkətləri etməyi cəlb etmək istəmədiyini bildirib. Saxlanılan digər qadınların adları hələlik açıqlanmır. 

Bununla belə, Maədəni sosial şəbəkədə ciddi dəstəkləyirlər. İranlı fəal və jurnalistlərdən biri olan Məsih Əlinecad “Twitter”də gimnastın rəqsinə şərh yazıb. “Əgər siz İranda qadınsınızsa və siz rəqs edib oxuyursunuzsa, eyni zamanda da saçlarınızı nümayiş etdirirsinizsə, deməli, siz cinayətkarsınız”, - deyə o bildirib. 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018